Hacıqabulda təqaüdçü müəllimlər ziyarət olunub


ATİAHİ Hacıqabul rayon komitəsi təqaüddə olan müəllimlərə baş çəkib, onları 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib.

Görüşlər zamanı müəllimlərin ünvanına xoş sözlər deyilib. Bildirilib ki, müəllimlik dünyanın ən şərəfli peşəsi, müəllimlər isə ömrünü insanlıq yolunda sədaqətlə xalqına, millətinə, dövlətinə həsr edən fədakar insanlardır. Gənc nəslin böyüyüb ərsəyə çatmasında, hərtərəfli şəxsiyyət kimi formalaşmasında onların əməyi danılmazdır.

Ziyarət zamanı müəllimlərə müxtəlif hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo