Dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri də yaradıcı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılmasıdır. Müstəqil Azərbaycanın gələcəyi üçün elmin və mədəni tərəqqinin əhəmiyyətini nəzərə alaraq, ATİAHİ Respublika Komitəsi əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclər üçün “İlin peşəkar gənci” fəxri adı uğrunda müsabiqə elan etmişdir.
ATİAHİ Hacıqabul rayon komitəsindən müsabiqədə iştirak etmiş rayonun Abdulabad kənd tam orta məktəbinin müəllimi Röyanə Babayeva “İlin peşəkaq gənci” fəxri adına layiq görülüb.
Qeyd edək ki, əvvəlki illərdə müsabiqədə iştirak etmiş Hacıqabul şəhər 7 №-li məktəbdən Təhminə Ələkbərova və Səadət Kərimova, şəhər 10 №-li məktəbdən Günel Mustafayeva, Qarasu kənd məktəbindən Günay Nəzərova “İlin peşəkaq gənci” fəxri adını qazanmışdı.