ATİAHİ Hacıqabul rayon komitəsi UGİŞM-lə birgə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bir neçə idman növü üzrə yarışlar keçirib.
Belə ki, şəhərin ümumtəhsil məktəblərinin kişi müəllimləri arasında voleybol və mini futbol, qadın müəllimlər arasında isə şahmat yarışları təşkil olunub. Öncə çıxışlar zamanı Azərbaycanın hərbi qüdrətinin artırılması istiqamətində dövlət siyasətinin prioritetlərindən bəhs edilib. Bildirilib ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə Ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsi Prezident İlham Əliyevin siyasətinin strateji istiqamətlərindəndir.
Maraqlı keçən yarışların qalibləri Hacıqabul rayon komitəsi tərəfindən Fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib.