Hacıqabul rayonunun Kolanı kənd tam orta məktəbində “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib.
ATİAHİ Hacıqabul rayon komitəsinin dəstəyi ilə baş tutan tədbirdə məktəbin müəllimləri və şagirdləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları iştirak edblər.
Öncə Vətən uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər müstəqilliyimizin qazanılmasında, dövlətimizin qorunmasında, torpaqlarımızın qorunmasında, o cümlədən Şərqi Zəngəzurun və Qarabağın Ermənistan işğalından azad olunmasında Vətən övladlarının qəhrəmanlıqlarından bəhs ediblər.
Bildirilib ki, bu yolda yüzlərlə Azərbaycan övladı şəhid olub, canlarından keçib. Bu onu göstərir ki, Vətən bizim üçün hər şeydən əzizdir. Şəhidlərimiz özündən sonrakı nəsillərə böyük örnək oldular, Vətəni, torpağı, milləti bütün insanlara sevməyi öyrətdilər. Mübariz İbrahimov, Polad Həşimov, Ədalət Ağayev, Elnur Həsənov, Elgün Səmədov, Xəyal Ağammədov məhz bir anda Vətənin azadlığı uğrunda mübarizədə xalqının, millətinin dillər əzbəri oldular. Şəhidlik zirvəsinə ucalmaqla ölümsüzləşdilər.
Vətən uğrunda mübarizə aparmış belə öyünüləsi, fəxr ediləsi qəhramanlarımız minlərdir. Hər birinin döyüş yolu bir əfsanə, bir dastandır. Bu igidlər qısa bir ömür yaşadılar, əsl Vətən oğlunun çətin məqamlarında edə biləcəyi son borcu şərəflə yerinə yetirdilər.
Tədbirdə həmçinin şəhid ailələrinin üzvləri, qazilər çıxışlar edib, şagirdlər tərəfindən şeirlər səsələnib.