ATİAHİ Hacıqabul rayon komitəsi hər il olduğu kimi, bu il də 15 Sentyabr - Bilik Günü münasibətilə aztəminatlı ittifaq üzvlərinin I sinfə gedən uşaqlarına məktəbli çantası və dərs ləvazimatları hədiyyə edib.
Komitə həmçinin şəhid ailələrinə də məktəbli ləvazimatları verib.
Bildirilib ki, rayon komitəsi bundan sonra da nəcib missiyasını davam etdirəcək.