Hacıqabulda şagirdlər arasında sərgi-müsabiqə təşkil edilib

Hacıqabul rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında əl işlərindən ibarət sərgi-müsabiqə təşkil olunub.
ATİAHİ Hacıqabul rayon komitəsi və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutan müsabiqəyə rayonun 20-dən çox məktəbinin 100-ə qədər şagirdi qatılıb. Müsabiqəyə Ulu Öndərdən bəhs edən 150-yə qədər rəsm və əl işi təqdim olunub. Sərgiyə baxış mərasimində rayon icra hakimiyyətinin nümayəndəsi Natiq Mustafayev, YAP rayon təşkilatının sədr müavini İsmayıl İbrəhimov və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, Qaliblərin mükafatlandırılmsı mərasiminin 1 İyun - Uşaqların Müdafiəsi Günündə təşkil edilməsi planlaşdırılır.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo