Hacıqabul rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təhsil işçiləri arasında keçirilimiş idmanın müxtəlif növləri üzrə yarışların qalibləri mükafatlandırılıb.
ATİAHİ Hacıqabul rayon təşkilatı və rayon Təhsil sektorunun birgə təşkil etdiyi yarışın qaliblərinə diplomlar, fəxri fərmanlar və hədiyyələr verilib.
Qeyd edək ki, Hacıqabul rayon komitəsi “Heydər Əliyev İli” çərçivəsində tədbirlərini davam etdirir.