Hacıqabul Rayon Təhsil Şöbəsi tərəfindən rayonun ümumtəhsil müəssisələrində aprelin 18-dən 23-dək “Peşə həftəsi“ elan edilib. Layihənin yekunu olaraq “Peşə festivalı” təşkil olunub.
Tədbirdə ölkəmizdə fəaliyyət göstərən peşə, orta və ali ixtisas müəssisələri və müxtəlif ixtisaslar haqqında məlumatlandırıcı stendlər nümayiş olunub. ”Peşə həftəsi” layihəsi çərçivəsində fəallığı ilə seçilən təhsil müəssisələri və peşəyönümlü koordinatorlar diplomla təltif edilib.