Hacıqabulda Novruz tədbiri keçirilib
Hacıqabul rayonunda Novruz bayramı münasibətilə tədbir keçirilib.
ATİAHİ Hacıqabul rayon komitəsinin rayon Təhsil sektoru ilə birgə təşkil etdiyi tədbirdə rayon icra hakimiyyətinin, Şirvan-Salyan Reqional Təhsil İdarəsinin nümayəndələri, təhsil sistemində çalışan şəhid ailələrinin üzvləri və Vətən müharibəsinin qaziləri iştirak ediblər.
Çıxış edənlər bildirib ki, milli adət-ənənələrimiz, qədim bayramlarımız ölkəmizdə ilk öncə ümumilli liderimiz Heydər Əliyevin sayəsində tam bərqarər edilib. Xalqımız qədim Novruz bayramını əsrlər boyu qoruyub saxlamış və bu günədək yaşatmışdır. Zəngin milli, mənəvi dəyərlərimizi özündə təcəssüm etdirən, milli həmrəyliyə, mərhəmətə, dostluğa, bolluq və xeyir-bərəkətə, barışıq və mehribanlığa çağırış rəmzi olan Novruz bayramının dövlət səviyyəsində keçirilməsi məhz istiqlal yolunda qazandığımız ən böyük uğurlardan biridir. Artıq uzun illərdir ki, xalqımızın Novruz bayramı UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə BMT-nin 21 mart gününü “Beynəlxalq Novruz Günü” kimi tanıması xalqımızda qürur doğurur.
Sonda tədbirdə iştirak edən müharibə iştirakçılarına “Qəhrəman təhsil işçiləri” kitabı hədiyyə olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo