Hacıqabul rayonunda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon məktəblərinin rəhbərləri və müəllimləri iştirak ediblər.
Çıxış edənlər rayon təhsilinin inkişafında müəllimlərin xidmətlərindən, yetirmələrinin qəbul imtahanlarında, fənn olimpiadalarında, Respublika miqyaslı müsabiqələrdə yüksək nəticələrindən, onların müəllim adını uca tutmalarından, pedaqoji fəaliyyətlərindən söz açıblar.
Gənc nəslin təlim-tərbiyəsində səmərəli fəaliyyətinə görə, müəllimlər Hacıqabul Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, Hacıqabul rayon Gənclər və İdman İdarəsinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin fəxri fərmanları ilə təltif olunublar.
Tədbirdə həmçinin müəllimlərə Hacıqabul rayon Təhsil sektoru və ATİAHİ Hacıqabul rayon komitəsi tərəfindən qiymətli hədiyyələr təqdim edilib.