Hacıqabul rayonunda “Heydər Əliyev İli” çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar keçirilib.
ATİAHİ Hacıqabul rayon komitəsi tərəfindən təşkil olunan yarışlar rayonun təhsil işçiləri arasında baş tutub.
Belə ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubleyi münasibətilə qadın və kişi müəllimləri arasında şahmat və voleybol yarışları təşkil edilib. Həmçinin qadınlar arasında basketbol, kişilər arasında isə nərd, stolüstü tennis, dama, mini-futbol yarışları da keçirilib. Yarışların açılış mərasimində Ulu Öndərin həyat və fəaliyyətindən, xalqımızın həyatında gördüyü işlərdən, dövlət quruculuğu siyasətindən, təhsil və idman sahəsinə ayırdığı diqqətdən, gənclərə olan xüsusi qayğısından danışıblar.
Yarışlar müəllimlər arasında böyük marağa səbəb olub və şövqlə iştirak ediblər.
Qalibər rayon komitəsi tərəfindən mükafatlandırılıb.