Hacıqabulda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib


ATİAHİ Hacıqabul rayon komitəsi rayon Təhsil sektoru ilə birgə “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirib.

Aksiyada rayonun təhsil işçiləri iştirak ediblər.

Əraziyə iqlimə və relyefə uyğun 100-dən artıq meyvə və şam ağacları əkilib.

“Heydər Əliyev İli” ilə əlaqədar rayon komitəsi tərəfindən həmçinin IX-XI snif şagirdləri arasında  “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib.

Müsabiqənin nəticələrinə görə, şəhər 4 №-li tam orta məktəbin X sinif şagirdi Tünzalə Süleymanova Respublika müsabiqəsinə vəsiqə qazanıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo