Hacıqabulda əlil ittifaq üzvlərinə sovqat verilib


ATİAHİ Hacıqabul rayon komitəsi 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş məktəblilər arasında rəsm müsabiqəsi keçirib. Müsabiqəyə bir-birindən maraqlı rəsmlər təqdim olunub.

Müəyyən edilmiş qaliblərə komitə tərəfindən diplom və hədiyyələr verilib.

Bundan başqa, Hacıqabul rayon komitəsi 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə UGİŞM-lə birgə kişi müəllimlər arasında mini-futbol yarışı keçirib. Qaliblərə mükafatlar verilib.

Həmçinin rayon komitəsi əlil ittifaq üzvlərinə Əlillər Günü ilə əlaqədar sovqat paylayıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo