Hacıqabulda Bədən Tərbiyəsi və İdman Günü ilə  əlaqədar yarışlar keçirilib

Hacıqabul rayonunda 5 mart - Bədən Tərbiyəsi və İdman  Günü münasibətilə idmanın bir neçə növü üzrə yarışlar keçirilib.

ATİAHİ Hacıqabul rayon komitəsinin Təhsil sektoru ilə birgə təşkil etdiyi yarışlarda rayon məktəblərinin müəllimləri və şagirdləri iştirak ediblər.

Bayram ərəfəsində qaliblərin mükafatlandırılması mərasimi olub.

Mərasimdə bildirilib ki, ölkəmizdə gənclərin sağlam ruhda tərbiyə olunması, pis vərdişlərdən kənar olması, bədən tərbiyəsinin inkişafı üçün əhəmiyyətli işlər görülür. Bütün bunlar gənclərin idmana marağının artırılmasına, onların potensialının üzə çıxarılmasına, eyni zamanda idmanın kütləviliyinin təmin edilməsinə xidmət edir. Vurğulanıb ki, idmançılarımız beynəlxalq idman yarışlarında ölkəmizi ləyaqətlə təmsil edirlər, bayrağımızı ucaldırlar. Həm də Azərbaycan nüfuzlu beynəlxalq idman yarışlarına ən yüksək səviyyədə ev sahibliyi edir və bu yarışları nümunəvi şəkildə təşkil edir.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo