Hacıqabul rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Xuraman Məmmədova, Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibatı təşkilat sektorunun müdiri Agil Bəşirov, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, rayonun idarə və təşkilatlarının, eləcə də təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və təhsildə çalışan Vətən müharibəsi veteranları iştirak ediblər.
Öncə tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət olunub, önünə güllər düzülüb, əziz xatirəsi ehtiramla anılıb.
Tədbirdə çıxış edənlər ölkəmizin təhsil siyasətindən, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimizin atdığı addımlardan, cəmiyyətimizin formalaşmasında və inkişafında, gənc nəslin yetişməsində, Vətənə sədəqat ruhunda böyüməsində onların rolundan, həmçinin müəllim adının ucalığından danışıblar.
Çıxışlardan sonra Elm və Təhsil Nazirliyi, Rayon İcra Hakimiyyəti, YAP, Şirvan-Salyan Regional Təhsil İdarəsi, Gənclər və İdman İdarəsi, ATİAHİ Hacıqabul rayon komitəsi tərəfindən təltif edilmiş müəllimlər mükafatlandrılıb. Müəllimlər onların fəaliyyətinə verilən qiymətə görə, təşkilatçılara təşəkkür ediblər.