ATİAHİ Respublika Komitəsi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında baxış-müsabiqə keçirib.
Hacıqabul rayonunun Şorbaçı kənd tam orta məktəbi müsabiqənin qalibləri arasında olub və Fəxri fərmanla təltif edilib.
Qeyd edək ki, bundan əvvəl Hacıqabul şəhər 5 №-li məktəb, rayonun Qarasu kənd, Rəncbər kənd, Abdulabad kənd tam orta məktəbləri və Navahı qəsəbə 2 №-li tam orta məktəbi Respublika Komitəsinin baxış-müsabiqəsinin qalibi olub.